Ceyhun Bayramov Qazaxıstana rəsmi səfərə getdi
7
18:18 - 10 Mart 2025

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə TNS-ə XİN-dən məlumat verilib.
Rəsmi səfər çərçivəsində 11 mart tarixində nazir Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu, habelə digər yüksək səviyyəli rəsmilər ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.