Close

15:34
10 Mart 2025

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 7 mart 2025-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə işgüzar səfərə yola düşüb.

TNS xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.