Bolqarıstanın XİN başçısı Azərbaycana səfər edəcək
12
19:41 - 03 Mart 2025

Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev Azərbaycana səfər edəcək.
TNS xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə bildirib.
Səfirin sözlərinə görə, nazir martın 13-15-də paytaxtımızda keçiriləcək Qlobal Bakı Forumuna qatılacaq.