Qəzadan sağ çıxan bələdçilərə Çeçenistanın ali mükafatı təqdim olunacaq - YENİLƏNİB

Zülfüqar Əsədov və Aydan Rəqimli müstəsna cəsarət və yüksək peşəkarlıq nümayiş etdiriblər, onlara “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı təqdim olunacaq.
TNS Tass-a istinadən xəbər verir ki, bu barədə Çeçenistanın prezidenti Ramzan Kadırov "Telegram" kanalında məlumat verib.
“Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə”mükafatına layiq görüləcəklər", - Çeçenistan preizdenti qeyd edib.
Qeyd edək ki, ötən il dekabrın 24-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin 3 ekipaj üzvü - İqor Kşnyakin Aleksandr Kalyaninov, Hökumə Əliyeva qəza zamanı dünyasını dəyişib, Zülfüqar Əsadov və Aydan Rəhimli isə xilas olublar.
19:30
uğrayan AZAL təyyarəsinin sağ qalan bələdçilər "Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə" mükafatına təqdim olunublar.
TNS Tass-a istinadən xəbər verir ki, bu barədə Çeçenistanın prezidenti Ramazan Kadirov deyib.