Azərbaycan Estoniyanı milli bayramı münasibətilə təbrik etdi
3
17:27 - 24 Fevral 2025

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Estoniyanın Milli Günü münasibətilə təbrik edib.
TNS xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkələrdəki hesabında paylaşım edilib.
"Estoniyaya və bütün eston xalqına milli bayramları münasibətilə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq! Estoniya milli bayramınız mübarək", - bəyanatda bildirilib.