Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

“BBC News Azərbaycanca” Bakıdakı ofisini bağlayır

“BBC News Azərbaycanca” Bakıdakı ofisini bağlayır.

TNS xəbər verir ki, bu barədə BBC-nin bu gün yaydığı açıqlamada deyilir.

Açıqlamada bildirilib ki, şirkət Azərbaycan XİN-dən şifahi göstəriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə qərar qəbul edib.

Qeyd edək ki, BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.