Belarus nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarında

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası Parlamentinin Sədri Natalya Koçanova və qanunverici orqanın nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
TNS xəbər verir ki, qonaqlar Ümummilli Liderin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub.
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın da məzarı ziyarət olunub, xatirəsinə hörmət və ehtiram bildirilib.
Belarus nümayəndə heyəti Azərbaycan SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin də məzarını ziyarət edib.
Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" Kompleksi qarşısına əklil qoyublar.