Close

21:20
20 Fevral 2025

Aİ müşahidəçiləri yenə Qazax sərhədində göründülər - VİDEO

Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə fəallığı səngimir.

Bununla bağlı TNS-ə yeni görüntülər daxil olub.

Belə ki, Aİ-yə məxsus iki ədəd “Toyota” markalı avtomobildə "müşahidəçilər" Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq, ərazilərimizi izləməyə başlayıblar.

"Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilər də onların fəaliyyətlərini diqqətlə izləyirlər.

TNS "müşahidəçilərin" ərazilərimizi izləməsinin görüntülərini təqdim edir: