Close

21:20
20 Fevral 2025

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycanda

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova fevralın 18-də ölkəmizə rəsmi səfərə gəlib.

TNS xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı, Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, qrupun üzvü Xanlar Fətiyev, hər iki ölkənin səfirləri Məhərrəm Əliyev, Dmitriy Pineviç və digər rəsmi şəxslər qarşılayıblar.

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, bununla yanaşı, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcəkdir.

67b414ab7df7667b414ab7df77173985501967b414ab7df7367b414ab7df75