Close

10:31
19 Fevral 2025

Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə bu məsələləri müzakirə edib

Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bolqarıstanın xarici işlər naziri Georg Georgiyev ilə görüşüb.

TNS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticarət, enerji təhlükəsizliyi aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

İki ölkə arasında fəal siyasi dialoqun mövcudluğunun əhəmiyyəti qeyd olunub, strateji tərəfdaşlıq münasibətlərinin inkişafında strateji dialoq və siyasi məsləhətləşmələr mexanizmləri, habelə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətindən bəhs olunub.

Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri olduğu, mövcud əməkdaşlığımızın yaşıl enerji sahəsində də davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Enerji təchizatında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrin, əsası qoyulan interkonnektor marşrutlarının əməkdaşlığımızın praktiki nəticələrindən olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.