Close

22:59
15 Fevral 2025

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

TNS xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"F.Sinirlioğlunu bu məsul vəzifəyə təyin olunması münasibətilə təbriklərimizi və xoş arzularımızı çatdırdıq. Biz münaqişədən sonrakı regional vəziyyət fonunda Azərbaycanın ATƏT-in roluna necə baxdığını və keçmiş münaqişənin qalıqları olan Minsk prosesi ilə bağlı strukturların dağıdılmasının vacibliyini qeyd etdik", - C.Bayramov bildirib.

Qeyd olunub ki, nazir ATƏT Baş katibinə Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Həmçinin Ermənistanın Konstitusiyasında və digər hüquqi sənədlərdə ərazi iddialarının davam etməsindən, eləcə də sürətli hərbi güclənmədən narahatlıq ifadə olunub.