Aİ "müşahidəçilər"i Qubadlı istiqamətindəki ərazilərimizə baxış keçirib
![](/upload/files/up3/Xeberler/2025/2/15/f22c721a-c7a9-3348-9edc-492ffba20e6b_850.jpg)
Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası"nın üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.
TNS xəbər verir ki, "Report"un əldə etdiyi görüntülər bunu deməyə əsas verir.
Məlumata görə, onlar fevralın 13-də Qubadlı ilə həmsərhəd zonada müşahidə aparıblar.
Avropalılar binoklla ətrafa və Azərbaycan ərazilərinə baxış keçiriblər. Azərbaycanlı sərhədçiləri ənənəvi olaraq "müşahidə missiyası"nın hərəkətlərini nəzarətə götürüb və qeydə alıb.
Qeyd edək ki, Avropa İttifaqının "müşahidə missiyası" mütəmadi olaraq Azərbaycanla sərhədboyu müşahidələr aparır.