Close

Üç dairədən daxil olan müraciətlər əsassız hesab edildi

Mərkəzi Seçki Komissiyasında (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.

TNS xəbər verir ki, müraciətləri MSK-nın katibi Arifə Muxtarova, qurumun və Ekspert qrupunun üzvləri Ramiz İbrahimov, Fuad Cavadov, Qabil Orucov, Nailə Əsgərova və Baxşeyiş Əsgərov təqdim ediblər.

Qeyd edilib ki, müraciətlər 115 saylı Şəki kənd (Kiçik Dəhnə bələdiyyəsi), 111 saylı Zaqatala-Balakən (Zaqatala bələdiyyəsi), 3 saylı Babək-Şahbuz-Kəngərli (Şıxmahmud bələdiyyəsi), 80 saylı Lerik-Astara (Vizəzəmin bələdiyyəsi), 58 saylı Xaçmaz kənd (Xudat bələdiyyəsi), 47 saylı Sumqayıt-Abşeron-Qaradağ (Müşfiqabad bələdiyyəsi) seçki dairələri üzrədir.

MSK-nın qərarına əsasən, 115 saylı Şəki kənd (Kiçik Dəhnə bələdiyyəsi), 111 saylı Zaqatala-Balakən (Zaqatala bələdiyyəsi) və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ (Müşfiqabad bələdiyyəsi) seçki dairələri üzrə müraciətlər əsassız hesab edilib və dairə seçki komissiyalarının müvafiq qərarları dəyişdirilmədən saxlanılıb.

Həmçinin 3 saylı Babək-Şahbuz-Kəngərli (Şıxmahmud bələdiyyəsi), 80 saylı Lerik-Astara (Vizəzəmin bələdiyyəsi) və 58 saylı Xaçmaz kənd (Xudat bələdiyyəsi) üzrə müraciətlər isə müraciətetmə müddətinin ötürülməsi səbəbindən ərizəçiyə geri göndərilib.

Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.