Türkiyə və Azərbaycanın XİN rəsmiləri regional məsələləri müzakirə ediblər
8
23:10 - 11 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/11/aede5342-413f-30e2-b826-9fd3ee773b93_850.jpg)
Bu gün Ankarada Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci ilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) regional təhlükəsizlik departamentinin direktoru Azər Musayev arasında görüş baş tutub.
TNS xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli və regional məsələlər müzakirə edilib.
Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edib.