"Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəldi - VİDEO - FOTO
![](/upload/files/up3/Xeberler/2025/2/11/Ekran_skli_2025-02-11_182827.png)
Avropa İttifaqının (Aİ) Ermənistandakı "müşahidə missiyası"nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.
TNS "Report"a istinadən xəbər verir ki, bu dəfə daha bir qrup Qazax və Qubadlı rayonu istiqamətinə gəlib.
Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ "missiyası"nın üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.
Qeyd edək ki, Azərbaycan tərəfi "missiya"nın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bununla bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.