Seçkilər ilə bağlı sosial şəbəkələrdəki həmin görüntülər araşdırılır
29
17:20 - 10 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/10/Ekran_skli_2025-02-10_171225.png)
Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə 68 görüntü var.
TNS xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.
Rövzət Qasımov deyib ki, həmin görüntülər araşdırılır.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, birbaşa seçki dairələrindən gələn müraciətlərdən 5-i qalıb, dairələrdən daha 2 müraciət də gözlənilir: “Ancaq sosial şəbəkələrlə bağlı görüntülərlə əlaqədar deyəcəklərimiz qalıb”.