Close

15:40
07 Fevral 2025
15:26
07 Fevral 2025

Kremldən Bakıdakı "Rus Evi"nin bağlanmasına münasibət

Rusiya Bakıdakı “Rus Evi”nin bağlanması ilə bağlı ikitərəfli münasibətlər səviyyəsində qərar verəcək.

TNS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib ki, Kreml vəziyyətin nizamlanacağına ümid edir:

"Biz buna təəssüflənirik. Bu məsələnin həllinə ikitərəfli təmaslarla nail olmaq olar... Biz bu məsələni müxtəlif səviyyələrdə həmkarlarımız qarşısında qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, o zaman iki dövlət başçısının dialoqunda bu məsələnin gündəmə gətiriləcəyini yəqin ki, istisna etmirik. Biz mehriban, ənənəvi münasibətlərimizi rəhbər tutaraq bu problemləri dialoq yolu ilə həll edəcəyik".