Close

17:30
03 Fevral 2025

Daha bir məntəqənin nəticələri ləğv edildi

23 seçki Nəsimi-Səbail Seçki Dairəsinin 30 saylı məntəqəsində yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin nəticələri ləğv edilib.

TNS xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bugünkü toplantısında elan edilib.

Qərar sözügedən seçki məntəqəsində seçicilərin iradəsini müəyyənləşdirmək mümkün olmadığından verilib və yekdilliklə qəbul edilib.