Close

23:57
30 Yanvar 2025
22:20
30 Yanvar 2025

Məzahir Pənahov: "Müxtəlif məntəqələrdə pozuntulara dair müraciətlər daxil olub"

Bələdiyyə seçkiləri ilə bağlı səsvermə keçirilən müxtəlif məntəqələrdə pozuntulara dair müraciətlər daxil olub.

TNS xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da baş tutan bələdiyyə seçkiləri ilə bağlı keçirilən iclasda deyib.

O bildirib ki, müraciətlər araşdırılacaq: "Səslərin operativ hesablanması əsas tələblərdəndir. Biz adətən çalışırıq ki, ilkin nəticələri seçkilərdən bir gün sonra açıqlayaq".

Qeyd edək ki, yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.