Azərbaycan-İsrail əlaqələrinin gələcək perspektivləri müzakirə edildi
11
19:10 - 30 Yanvar 2025
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
TNS xəbər verir ki, müzakirələr zamanı nazir nümayəndə heyətinə Azərbaycanın xarici siyasət prioritetləri, regional imkanlar barədə məlumat verib.
Həmçinin, münaqişədən sonrakı reallıqlar, Azərbaycan-İsrail və Azərbaycan-ABŞ əlaqələrinin hazırkı və gələcək perspektivləri müzakirə edilib.
Əlaqəli xəbərlər
20:45
30 Yanvar 2025