Close

23:57
30 Yanvar 2025
22:20
30 Yanvar 2025

Xocalıya növbəti köç olacaq

Yanvarın 31-də Xocalı rayonunun Ballıca kəndinə növbəti köç baş tutacaq.Daha 23 ailədən ibarət 100 nəfər doğma yurda qayıdacaq. Kəndə köçəcək ailələrin siyahısı dəqiqləşdirilib.

TNS xəbər verir ki, köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət olacaq.

Ballıca kəndində dövlət başçısının göstərişi əsasında keçmiş məcburi köçkünlərin bərpa edilən fərdi yaşayış evlərində məskunlaşması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, bu günə qədər Xocalı rayonunun Ballıca kəndinə üç köç karvanı olub. Kənddə 68 ailə (373 nəfər) məskunlaşıb.

Ziya Əmirxanlı