Elçibəyin köməkçisi bələdiyyə üzvü seçildi
Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edib.
Yekunda 1 milyon 874 min 810 nəfəri səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 31,45 faizini təşkil edir.
MSK-dan bildirilib ki, ümumiyyətlə, bütün dairələrdə seçkilər normal keçib, gün ərzində Mərkəzi Seçki Komissiyasına seçkilərin nəticəsinə təsir edə biləcək heç bir məlumat daxil olmayıb.
TNS Modern.az-a istiandla xəbər verir ki, bələdiyyə üzvlüyünə seçilənlər arasında tanınmış şəxslər də var.
Onlardan biri də mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovdur. O Sabunçu bələdiyyəsinin üzvü seçilib.
Qeyd edək ki, Oqtay Qasımov bundan əvvəlki seçkilərdə də həmin bələdiyyənin üzvü seçilib.