Close

Günun sonunadək nəticələrə dair ilkin məlumatları açıqlamağa çalışacağıq

Məntəqələr bağlandıqdan sonra günun sonunadək ilkin məlumatları açıqlamağa çalışacağıq.

TNS xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün MSK-da jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, bələdiyyə seçkiləri prezident və parlament seçkiləri ilə müqayisə edilə bilməz:

“Bələdiyyə seçkilərində 685 bülleten üzrə seçki aparılacaq. Bu proses bir az gecikə bilər. İlkin məlumatlar olduqda onları ictimaiyyətə çatdıracağıq. Hətta qeyri-rəsmi nəticələrin də ictimaiyyətə çatdırılması beynəlxalq praktikada qəbul edilib. Bu seçkidə də gec saatlarda da olsa, nəticələri elan etməyə çalışacağıq”.

Qeyd edək ki, bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Səsvermə prosesi saat 08:00-dan 19:00-dək davam edəcək.