Kaya Kallas Azərbaycana səfər edəcək
38
21:00 - 25 Yanvar 2025
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da səfər edəcək.
TNS Trend-ə istinadən xəbər verir ki, bu barədə Brüsseldəki mənbə məlumat verib.
“Müvafiq nota Azərbaycan tərəfinə göndərilib”, - mənbə əlavə edib.
Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.