Close

19:41
23 Yanvar 2025

YAP müşavirə keçirdi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında seçkilərin təşkil olunacağı bütün seçki dairələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə müşavirə keçirilib.

Bu barədə TNS-ə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müşavirə zamanı seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının zəruriliyi vurğulanaraq tövsiyə və tapşırıqlar diqqətə çatdırılıb.

Müşahidəçilərə, həmçinin Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış müvafiq yaddaş kitabçaları təqdim edilib, bələdiyyə seçkilərinin azad, şəffaf, ədalətli və demokratik keçirilməsi üçün üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunub.

yap2