Referendum keçiriləcək - Konstitusiyada nə dəyişəcək?
“Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək, müzakirələr təşkil ediləcək.
TNS xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, "Konstitusiya və Suverenlik İli” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var:
“Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda da tətbiq olunur”.