Close

22:50
22 Yanvar 2025

"Bəyanat verə bilərəm, amma.." - Paşinyan separatçı "liderlər"in həbsinə münasibət bildirdi

Gördüyümüz mənzərələr narahatlıq doğurur, amma etiraf edim ki, biz bu vəziyyətə “zərər verməmək” məntiqi çərçivəsində yanaşırıq. Bu məsələ hər zaman diplomatik gündəmimizdədir və bundan sonra da nəticələr əldə etmək üçün səy göstərəcəyik.

TNS Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Bakıda hərbi cinayətlərdə ittiham edilən erməni əsilli şəxslərin “qaytarılması” üçün hansı addımlar atıldığı sualına cavabında deyib.

“Mən vətənpərvərlik duyğularını təmin edən bəyanat verə bilərəm, lakin bu insanlar bunun təsirini və nəticələrini həbsxanada hiss edəcəklər”, - Paşinyan parlamentdə çıxışında bildirib.