Əli Əsədov Cahit Bağçını qəbul etdi
8
18:51 - 22 Yanvar 2025
Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Bu barədə TNS-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Ə.Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Əlaqəli xəbərlər
22:04
22 Yanvar 2025