Rusiyanın daxili işlər naziri Azərbaycan səfirini qəbul etdi
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev tərəfindən qəbul edilib.
TNS xəbər verir ki, söhbət zamanı iki ölkə arasında daxili işlər orqanları vasitəsilə qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə olunub.
Hər iki tərəf Azərbaycan və Rusiya arasında beynəlxalq terrorizm və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahələrində, o cümlədən transsərhəd əməkdaşlıq sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.
Görüşdə iki ölkənin miqrasiya sahəsində səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.