Azərbaycanla Türkiyənin birgə layihələri nəqliyyat-logistika xəritələrini dəyişdirib
“İkitərəfli və geniş tərkibli görüşlərimizdə bir daha iqtisadi sahədə əldə olunmuş uğurlar qeyd edildi”.
TNS-in xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, bir sıra birgə layihələr həyata keçirilir: “Türkiyə şirkətləri tərəfindən indiyədək Azərbaycana 16 milyard dollardan çox investisiya qoyulub.
Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, artıq 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Bunların sırasında azad edilmiş ərazilərdə çox fəal fəaliyyət göstərən Türkiyə şirkətləri var. Mən bu Türkiyə şirkətlərinin fəaliyyətini xüsusi vurğulamaq istəyirəm”.
Nazir Azərbaycanla Türkiyənin birgə iştirakı ilə həyata keçirilən qlobal layihələrin nəqliyyat-logistika xəritələrini dəyişdirdiyini söyləyib.