Əli Əsədov və Kobaxidze yeni səfirlik üçün ayrılan torpaq sahəsinə baxış keçiriblər
17
14:35 - 17 Yanvar 2025
Azərbaycanın və Gürcüstanın baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanın Bakıda səfirliyinin yeni binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə baxış keçiriblər.
TNS-ə Nazirlər Kabinetindən verilən məlumata görə, torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin 2023-cü il tarixli Sərəncamı ilə ayrılıb.
Torpaq sahəsi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşir.