"Azərbaycanla əməkdaşlığımızın dərinləşməsində maraqlıyıq"
Biz bir-birimizin milli və strateji maraqlarını nəzərə alırıq.
TNS-in xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuat konfransında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
İrakli Kobaxidze deyib ki, həyata keçirilən birgə layihələrin iqtisadi, siyasi və strateji əhəmiyyəti var: “Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu maraqları gücləndirmək bizim marağımızdadır. Biz bütün sahələr üzrə tərəfdaşlığımızı, əməkdaşlığımızı intensivləşdirməyə hazırıq. Azərbaycan Gürcüstanın 5 əsas tərəfdaşı sırasındadır, Hökumətlərarası Komissiyanın iclasında da bunu müzakirə etdik. Biz əməkdaşlığımızın dərinləşməsində maraqlıyıq. Bunun üçün Gürcüstan tərəfi əlindən gələni edəcək”.