Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu evakuasiya edildi
Los-Ancelesdə baş verən yanğında tüstüdən zəhərlənən, evləri yananlar barədə Baş Konsulluğumuza məlumat daxil olmayıb.
TNS APA-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, 7 yanvar 2025-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq iş aparılır.
“Belə ki, Baş Konsulluğumuza məxsus sosial media hesablarında xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi (+13109234540) yerləşdirilib.
Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb (lafd.org/alerts).
Əlavə olaraq, Baş Konsulluğun yerləşdiyi binanın müvəqqəti olaraq evakuasiya edilməsinə baxmayaraq, distant qayada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır”, - XİN rəsmisi vurğulayıb.
Hörmətli Vətəndaşlarımız,
— Azerbaijan in L.A. (@azconsulatela) January 8, 2025
Los Ancelesdə hazırda davam edən yanğınlarla əlaqədar ən son məlumatları və təhlükəsizlik təlimatlarını əldə etmək üçün aşağıdakı saytdan istifadə etməyiniz xahiş olunur:
???? https://t.co/AMnIteyxsi
Təcili konsulluq yardımına ehtiyacınız olduqda…