Close

Qalmaqallı sabiq müavin namizədliyini geri götürdü

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 2023-cü ildə azyaşlı məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan sabiq müavini Rəsilə Əliyeva (Arifqızı) bələdiyyə seçkilərində namizədliyini geri götürüb.

TNS xəbər verir ki, Rəsilə Arifqızı Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürmüşdü.

Rəsilə Arifqızının adı artıq MSK-nın saytında yerləşdirilən qeydə alınan namizədlərin seçki dairələrinə görə bələdiyyələr üzrə siyahısında yoxdur.