Close

Hakan Fidan: "Azərbaycanla Ermənistanın daimi sülh sazişi imzalamasını istəyirik" - VİDEO

"Azərbaycan və Ermənistanın daimi sülh sazişi imzalamasını istəyirik”.

TNS xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

"Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh, sabitlik və firavanlıq üçün tarixi fürsət pəncərəsi açılıb. Bu prosesdə biz Can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik".

Nazir bildirib ki, Türkiyənin boş xarici siyasət yürütmək şansı yoxdur: “Türk Dövlətləri Təşkilatı ilə əlaqələrimizi gücləndirəcəyik”