Close

Ukrayna mətbuatı Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırdı - FOTO

Ukrayna mətbuatı Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsinə geniş yer ayırıb.

TNS xəbər verir ki, "Ukrinform", "RBK-Ukrayna", "UNİAN", "İnterfaks-Ukrayna", "Gordon", "Korrespondent" və digər onlarla informasiya agentliyi və xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yollarına" (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi Bakının mövqeyinə dair fikirləri işıqlandırılıb.

Xəbərlərdə Azərbaycan Prezidentinin 38 nəfərin həyatını itirdiyi faciə ilə bağlı Rusiya tərəfinə ünvanladığı tələblər qeyd olunub. Yazılarda dövlət başçımızın mülki təyyarənin atəşə tutulması ilə bilavasitə əlaqəsi olanların hamısının cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödənilməsi barədə tələbləri vurğulanıb.

AZAL-a məxsus təyyarənin qəzaya uğramasına səbəb kimi Rusiya ərazisində xaricdən zədə aldığı qeyd edilib. Həmçinin, Prezident İlham Əliyevin Rusiya tərəfinin "məsələni ört-basdır etməyə" çalışdığı ilə bağlı sözlərindən də sitat gətirilib.

Ekran_skli_2024-12-30_192016 Ekran_skli_2024-12-30_192025 Ekran_skli_2024-12-30_192030 Ekran_skli_2024-12-30_192034 Ekran_skli_2024-12-30_192039 Ekran_skli_2024-12-30_191957 Ekran_skli_2024-12-30_192003 Ekran_skli_2024-12-30_192044 Ekran_skli_2024-12-30_192021 Ekran_skli_2024-12-30_192049