Close

13:49
02 Yanvar 2025

Azərbaycandan Suriyaya 200 ton ərzaq və qida məhsulu göndərilir

“Azərbaycana Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilir”.

TNS xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

O bildirib ki, sözügedən konvoy, ümumilikdə, 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir: “Kanvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq. Yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub”.