Azərbaycanın xaricdə 12 diplomatik missiya rəhbəri və 1 nəfər səfir müavini təyinatı həyata keçirilib
"Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə müsabiqə vasitəsilə diplomatik xidmətə qəbul prosesi 2024-cü il ərzində davam etdirilib".
TNS xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
Bildirilib ki, Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə təşkil edilmiş iki mərhələli müsabiqə nəticəsində 57 nəfər (29 qadın və 28 kişi) müvəffəqiyyət qazanıb:
"2024-cü ilin iyul ayından etibarən aparılan mərhələli təyinat çərçivəsində 45 namizədin Xarici İşlər Nazirliyi sistemində diplomatik vəzifələrə təyinatı həyata keçirilib. Qarşıdakı müddətdə yeni vakansiyalara uyğun ehtiyat kadrlar siyahısı üzrə növbəti təyinatların ardıcıl qaydada həyata keçirilməsi nəzərdə tutulur. Cari il ərzində Azərbaycanın xaricdə 12 diplomatik missiya rəhbəri və 1 nəfər səfir müavini təyinatı həyata keçirilib.