Avropa Şurasının Baş katibi Azərbaycana başsağlığı verdi
Avropa Şurasının Baş katibi Alain Berset "Azərbaycan Hava Yolları" təyyarəsinin dekabrın 25-də Qazaxıstanda baş verən və çoxlu sayda insanın ölümü ilə nəticələnən faciəvi qəzası ilə bağlı başsağlığı verib.
TNS xəbər verir ki, dərin hüznlə başsağlığı verən Baş katib sağ qalanların tez və tam sağalmasını arzulayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.