Close

10:12
26 Dekabr 2024
00:11
26 Dekabr 2024

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan xalqına başsağlığı verib

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

TNS xəbər verir ki, bu barədə Prezident öz "X" sosial şəbəkəsində paylaşım edib.

"Bolqarıstan Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin itkisini dərin kədər hissi ilə qarşılayır. Bu faciəvi hadisədə həlak olanların ailələrinə səmimi başsağlığı verir, yaralananlara isə tezliklə şəfa tapmalarını diləyirəm", - deyə o qeyd edib.