Close

00:11
26 Dekabr 2024

Qüdrət Həsənquliyev təyyarə qəzası ilə bağlı başsağlığı verib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib.

TNS-in məlumatına görə, millət vəkili bu gün səhər saatlarında baş verən hadisə ilə bağlı dərindən kədərləndiyini bildirib: "Təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa arzulayıram”.