Azərbaycan rəsmiləri Qazaxıstandadır
85
15:21 - 25 Dekabr 2024
Azərbaycanın hökumət rəsmiləri "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı Qazaxıstandadır.
TNS xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazaxıstana gediblər.
Onlar Prezident İlham Əliyevin tapşırığı əsasında Aktauda yerli rəsmilərlə birlikdə qəza ilə bağlı araşdırma aparırlar.