Keçmiş məcburi köçkünlər Prezident İlham Əliyevi təbrik ediblər - VİDEO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibəti ilə videoçarx hazırlayıb.
TNS xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Videoçarxda doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlər daim dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduqlarını deyib, ən xoş arzularını bildirib və dövlətimizin başçısını doğum günü münasibətilə təbrik ediblər.