Close

09:10
11 Mart 2025

Paşinyan: "Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırdır"

Ermənistan sülh sazişi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırdır.

TNS xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan sülh müqaviləsi imzalanan zaman iddiaların geri götürülməsini məntiqli adlandırıb:

“Burada iki nüans var. Birincisi odur ki, ikitərəfli formatda beynəlxalq forumlarda müzakirə olunan müəyyən humanitar məsələlərin həlli üçün aydın perspektiv olmalıdır; ikincisi, aydın başa düşülməlidir ki, başqa məsələlərlə bağlı mübahisələr beynəlxalq platformalar formatından çıxarıldıqdan sonra tərəflər artıq eyni məsələləri gündəmə gətirməməli və ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməməli, onları daimi eskalasiya mənbəyinə çevirməməlidir”.