Separatçı Abxaziyanın maliyyələşməsi dayandırıldı - VİDEO
Separatçı Abxaziyada həm enerji, həm də sosial-iqtisadi böhran kəskin şəkildə pisləşib.
TNS xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirlir.
Qeyd olunub ki, Rusiya hakimiyyəti separatçıları maliyyələşdirməyi dayandırıb. "Dekabrın 6-da Abxaziyanın separatçı hakimiyyət orqanları Rusiya Federasiyasından pul axınının dayandığını elan ediblər. Bu səbəbdən Rusiyadan gələn elektrik enerjisinin pulunu ödəməyə vəsait tapa bilməyiblər. Abxaziyadan Rusiyaya gətirilən naringilərlə bağlı da "suallar" yaranıb - onlarda gözlənilmədən zərərvericilər aşkar edilib.
Dekabrın 9-da Abxaziyanın separatçı "hökuməti" Rusiyanın Baş naziri Mixail Mişustinə ödənişlərin bərpası tələbi ilə məktub göndərib. Lakin Mişustin bu müraciətə cavab verməyib. Məlumat var ki, separatçı liderlər bir neçə gündür ki, Moskvadakı "kuratorları"na və Rusiya hökumətinin yüksəkvəzifəli şəxslərinə eyni xahişlə üz tutaraq maliyyələşməni bərpa etməyə çalışırlar, lakin onlara məhəl qoyulmur", - videomaterialda vurğulanır.
Daha ətraflı "Caliber"in süjetində: