Paşinyan: "İrəvanla Bakı sülh sazişinin mətninin 90 faizini razılaşdırıb"
10
18:18 - 04 Dekabr 2024
İrəvanla Bakı sülh sazişi layihəsinin mətninin 90 faizini razılaşdırıb.
TNS-in Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, həmçinin prosesin yekunlaşması və sözügedən sənədin imzalanması istiqamətində işlərin aktivləşəcəyini gözlədiyini bildirib.