Close

23:56
04 Dekabr 2024
22:42
04 Dekabr 2024
22:20
04 Dekabr 2024
21:40
04 Dekabr 2024

Şamil Ayrım: "Ermənistan konstitusiyasının dəyişdirilməsi uzunmüddətli sülhün təminatıdır" - FOTO

Ermənistanın konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması Cənubi Qafqazda uzunmüddətli sülhün təminatıdır.

TNS xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ankarada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi deputatlardan ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.

Türkiyəli parlamentari Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının bütün region üçün əhəmiyyətini qeyd edib.

44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanla həmrəy olduğunu xatırladan Ş.Ayrım qardaş ölkə üçün çətin bir dövrdə Ankaranın yenidən Bakı ilə dostluq və müttəfiqlik nümayiş etdirdiyini xatırladıb. “Belə olub, var və olacaq!”, - deyə parlamentlərarası qrupun rəhbəri əmin edib.

Şamil Ayrım vurğulayıb ki, Türkiyədə xəyal olunan hər şey gerçəkləşib: “Biz Azərbaycanın müstəqilliyini arzu edirdik və bu, baş verdi. Biz Xocalının azad ediləcəyinə ürəkdən inanırdıq və bu, baş verdi. Bu gün biz Zəngəzur dəhlizinin açılışından söhbət edirik. Əminəm ki, bu da tezliklə baş verəcək!”.

S.Seyidov səmimi qəbula görə türkiyəli həmkarına, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Türkiyə rəhbərliyinə və xalqına təşəkkür edib.

Görüşdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov iştirak edib.

17332989502432134975_1200x630

17332989504376352982_1200x630