Close

22:20
04 Dekabr 2024
21:40
04 Dekabr 2024

Milli Məclisin bugünkü iclası ləğv olundu

Azərbaycan Milli Məclisinin dekabrın 4-nə planlaşdırılan plenar iclası ləğv olunub.

TNS xəbər verir ki, buna səbəb dekabrın 3-də keçirilən iclasda gündəliyə çıxarılan bütün məsələlərin – büdcə zərfinə daxil olan sənədlərin və digər qanunlara əlavə və dəyişikliklər layihəsinin ikinci oxunuşdan keçməsi olub.

Parlamentin növbəti plenar iclasının vaxtı hələ müəyyənləşməyib. Növbəti iclasda büdcə zərfinə daxil olan sənədlərin üçüncü oxunuşa çıxarılacağı gözlənilir.