Close

22:20
04 Dekabr 2024
21:40
04 Dekabr 2024

Bu partiya seçkilərlə bağlı qərarını açıqladı

Azərbaycan Xalq Partiyası (AXP) yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək.

TNS xəbər verir ki, bu barədə AXP sədri Pənah Hüseyn özünün sosial şəbəkə hesabında yazıb.

Partiya sədri bildirib ki, AXP-nin İdarə Heyəti seçkilərdən iştirakdan imtina haqqında siyasi qərarın verilməsini məqsədəuyğun hesab etməyib: “İdarə Heyəti seçkilərdən partiyanın proqram və məqsədlərinin xeyrinə siyasi təbliğatın aparılması, partiya üzvləri və yerli strukturların fəallaşması üçün istifadə edilməsini mümkün sayaraq, qərara alıb ki, bələdiyyə seçkilərində AXP üzvləri öz mövqelərini sərbəst şəkildə müəyyənləşdirsin. Yəni hər bir AXP üzvü bu seçkilərədə iştirak barədə özü qərar qəbul edəcək. Əgər AXP üzvü seçkidə namizədliyini irəli sürər, partiya üzvlüyünü müvafiq seçki sənədlərində qeyd edərsə, bütövlükdə AXP və yerlərdəki strukturları onun seçilməsinə yardım göstərəcək”.