Azərbaycan və Qvineya-Bisau enerji əməkdaşlığı imkanlarını müzakirə ediblər
8
17:30 - 02 Dekabr 2024
Azərbaycan və Qvineya-Bisau arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
TNS xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.
“Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılığı ilə nümayəndə heyəti ilə görüş keçirdik. Görüşdə Qvineya-Bisaunun Azərbaycanın enerji sahəsindəki təcrübəsinə marağını nəzərə alaraq, “yaşıl enerji”, dekarbonizasiya və neft-qaz sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik”, - deyə nazir qeyd edib.
Əlaqəli xəbərlər
16:40
02 Dekabr 2024
16:33
02 Dekabr 2024
16:12
02 Dekabr 2024